
“Real”la oyunu səbirsizliklə gözləyirəm”
“Barselona”nın müdafiəçisi Pau Kubarsi qarşıdan gələn “el klasiko” haqda danışıb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, bu matçı səbirsizliklə gözlədiyini söyləyib:
“Real”la oyunu səbirsizliklə gözləyirəm. “Santyaqo Bernabeu”da oynamaq heyrətamizdir. “El klasiko” futbolda ən böyük rəqabətdir. Hər kəs bu oyunda iştirak etmək arzusundadır və “Bernabeu”da qələbə həmişə xüsusi hisslər verir. “Real”la matçlarımız adətən çempionluğun həll olunduğu yerdir”.
Hazırda La Liqanın turnir cədvəlinə 21 xalla “Real” başçılıq edir və “Barselona”nı 2 xal qabaqlayır.
“Real” – “Barselona” qarşılaşması oktyabrın 26-da, “Santyaqo Bernabeu”da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



