ÇL: “Kroos “Seltik”ə qarşı əla oyun keçirdi”
“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsində “Seltik”lə oyundan (3:0) sonra Toni Kroosun çıxışını dəyərləndirib.
Komanda.az AS-a istinadən xəbər verir ki, Ançelotti, Kroosun əla oyun nümayiş etdirdiyini deyib:
“Kroos “Seltik”ə qarşı əla oyun keçirdi. Topla çox yaxşı rəftar edirdi. Həmişəki kimi, səviyyəsi çox yüksəkdir”.
Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turundan sonra “Real” 3 xal toplayaraq F qrupunda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Seltik” isə 0 xalla sonuncu pillədədir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin