
Kroosun arzusu
İspaniyanın “Real” klubunun futbolçusu Toni Kroos açıqlama verib.
Komanda.az xəbər verir ki, “GQ” nəşrinə danışan almaniyalı yarımmüdafiəçi, karyerasını “Real”da bitirmək istədiyini bildirib:
“Real”la daha 3 illik müqaviləm var. Üç il uzun bir müddətdir və niyyətim müqaviləmi tamamlamaqdır. Müqaviləm başa çatanda 33 yaşım olacaq. Qarşımda bir çox seçim olacaq: burda qalmaq, karyeramı bitirmək, başqa bir şey etmək və s. Təbii ki, arzum karyeramı “Real”da bitirməkdir”.
Kroos 2014-cü ilin yayından Madrid klubunda çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin