Kroosun “qızıl top”a 3 namizədi var

“Real”ın keçmiş yarımmüdafiəçisi Toni Kroos 2024-cü ildə “qızıl top”a layiq olan üç futbolçunun adını açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu, Avropanın ən uğurlu komandasının “Real” olduğunu bildirib:

“Sifarişdən asılı olmayaraq, Vinisius Junior, Çud Bellingem, Dani Karvahalı dəstəkələrdim. Səs versəydim, bu üç oyunçu arasında seçim edərdim. Mükafatı braziliyalı Vinisiusa, ingiltərəli Bellingemə və ya ispaniyalı Avropa çempionu Karvahala verərdim. Özümü də seçə bilərdim (gülür). Əsas odur ki, mən də “Real”ın oyunçusu olmuşam. Biz Avropanın ən uğurlu komandası idik”.

Kroos bu yay, 34 yaşında futbolçu karyerasını başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button