Kroosun “Mançester Yunayted”ə keçidinə nə mane olub?

Toni Kroos 2014-cü ildə “Bayern”dən “Real”a keçməzdən öncə “Mançester Yunayted”lə müqavilə imzalamağa yaxın olub.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, almaniyalı keçmiş yarımmüdafiəçinin İngiltərə klubuna keçməməsinə həmin vaxt “qırmızı şeytanlar”ı çalışdıran David Moyesin qovulması səbəb olub.

Keçmiş futbolçu bu haqda belə deyib:

“Münhendə birlikdə divanda oturduğum David Moyesi işdən çıxardılar. Həyat yoldaşı ilə bizim evdə oturmaqdan həzz alırdı. “Qırmızı şeytanlar” sonra Lui van Qalla müqavilə imzaladılar və biz təklifdən nəzakətlə imtina etdik”.

Kroos bu yay – Avropa çempionatından sonra karyerasını başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button