“Kroosun gedişi komandanın çıxışına təsir edəcək” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Toni Kroosun futbolçu karyerasını bitirmək qərarı haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, almaniyalı futbolçunun qərarına hörmək etdiyini deyib:

“Kroos indi düzgün vaxt olduğuna qərar verdi. Mən onun seçiminə hörmət edirəm. Kroosun gedişi komandanın çıxışına təsir edəcək, çünki vacib oyunçunu itiririk. Onu necə əvəz etmək barədə fikirlərim var. Ola bilsin ki, biz bir az fərqli futbol nümayiş etdirəcəyik, amma yenə də qələbə çalacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button