Kroosla yeni müqavilə
“Real” yarımmüdafiəçisi Toni Kroosla müqaviləni 2024-cü ilin yayına qədər uzadıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq bütün lazımi sənədlər imzalanıb.
Əvvəlki razılaşma bu mövsümün sonuna kimi hesablanıb.
Kroos 2014-cü ilin yayından Madrid klubundadır. Daha əvvəl alman yarımmüdafiəçi başqa kluba keçməyəcəyini bildirmişdi.
33 yaşlı futbolçu bu mövsüm “Real”ın heyətində 41 oyuna çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin