Kroosdan sonra o da Almaniya millisi ilə vidalaşır

“Bayern”in almaniyalı futbolçusu Tomas Müller milli karyerasını bitirmək qərarına gəlib.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu Almaniya millisini tərk etmək istəyir. Belə ki, Müllerin Almaniya millisində sonuncu oyunu vətənində keçirilən Avropa çempionatının 1/4 finalında İspaniya ilə matç olub. Almanlar bu oyunda 1:2 hesabı ilə məğlub olaraq, turnirdən kənarlaşdırılıb.

Tomas Müller 2010-2024-cü illərdə Almaniya millisinin heyətində 131 oyun keçirib. O, 45 qol vurub və 41 məhsuldar ötürmə edib.

Daha əvvəl Toni Kroos AÇ-2024-dən sonra Almaniya millisi ilə vidalaşacağını, ümumiyyətlə, karyerasını bitirəcəyini elan etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button