Kroosdan Rüdigerə dəstək: “Elə danışmayaq ki, sanki kimisə öldürüb”

“Real”ın karyerasını 2024-cü ilin yayında başa vuran almaniyalı sabiq futbolçusu Toni Kroos komandanın müdafiəçisi Antonio Rüdigerin “Barselona” ilə oyundakı davranışına münasibət bildirib.

Komanda.az “Sport Germany”-ə istinadən xəbər verir ki, o, Rüdigerin cəzalandırılacağına əmindir:

“Əminəm ki, Rüdiger cəzalandırılacaq. Amma elə danışmayaq ki, sanki kimisə öldürüb. Bu etdikləri sadəcə bir səhvdir. İnanıram ki, o, özü də bunu yaxşı anlayır”.

“Real” ötən həftə İspaniya kubokunun finalında “Barselona”ya 2:3 hesabı ilə məğlub olub. Matçın sonunda Rüdigerin hakimlərə qarşı əsəbi reaksiya göstərdiyi və təhqiredici ifadələr işlətdiyi iddia olunur. Ona bir neçə oyunluq cəza veriləcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button