Kroos: “Rodri ilə aramızda ortaq bir şey var”

Almaniya millisinin yarımmüdafiəçisi Toni Kroos İspaniya yığmasının üzvü Rodri Hernandeslə müqayisəsindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu, Rodri ilə fərqli mövqelərdə oynadıqlarını bildirib:

“Rodri yaxşı futbolçudur. Aramızdakı fərq ondadır ki, o, aydın “altılıq” kimi oynayır, mən isə yarımmüdafiədə əməliyyat keçirməyə üstünlük verirəm. Biz fərqli mövqelərdə oynayırıq, amma ümumiyyətlə, aramızda ortaq bir şey var”.

Avropa çempionatının 1/4 finalında Almaniya yığması İspaniya ilə qarşılaşacaq. Qarşılaşma iyulun 5-də keçiriləcək. Matçın start fiti saat 20:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button