Kroos tələsmir

“Real”ın yarımmüdafiəçisi Toni Kroos gələcəyi ilə bağlı qarşıdakı mövsümdə qərar verəcək.

Komanda.az AS-a istinadən xəbər verir ki, Madrid klubu 32 yaşlı yarımmüdafiəçi ilə 2023-cü il iyunun 30-na kimi hesablanmış müqavilənin uzadılması ilə bağlı hələ də razılığa gələ bilməyib. Alman yarımmüdafiəçinin “Real”da qala və ya karyerasını bitirə biləcəyi qeyd edilir.

Kroos ötən mövsüm “kral klubu”nun heyətində 44 oyuna çıxıb 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button