Kroosdan “qızıl top”a namizəd göstərilməsinə reaksiya

Almaniya millisinin və “Real”ın sabiq futbolçusu Toni Kroos 2024-cü ildə “qızıl top”a namizədlər sırasına daxil edilməsini şərh edib.

Komanda.az xəbər verir ki, karyerasını bu yay bitirən almaniyalı sabiq futbolçu sosial şəbəkə hesabındakı paylaşımında bunu yazıb:

“Təqaüd! Anladığınız üçün təşəkkür edirəm”.

Kroos Almaniya millisi ilə 1/4 finala yüksəldiyi 2024-cü il Avropa çempionatından sonra futbolçu karyerasını başa vurub. Almanlar 1/4 final matçında əlavə vaxtda İspaniya millisinə 1:2 hesabı ilə məğlub olub.

Kroos 2014-cü ildən “Real”da çıxış edirdi. O, Madrid klubu ilə birlikdə 4 dəfə Çempionlar Liqasının, 4 dəfə İspaniya La Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button