“Nəticədən razı qaldıq, amma…” – “Real”ın futbolçusu
“Real”ın yarımmüdafiəçisi Toni Kroos Çempionlar Liqasının 1/8 final mərhələsində “Leyptsiq”lə cavab oyunu haqda (1:1) fikirlərini bildirib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, alman yarımmüdafiəçi komandasının oyun tərzindən narazı qaldığını bildirib:
“Leyptsiq” yaxşı oynadı, əla müdafiə olundu və yaxşı əks-hücumlara sahib idi. Rəqibin təhlükəli ola biləcəyini bilirdik. Müəyyən bir nöqtəyə qədər topa yaxşı sahib idik, lakin hücumda təhlükə yaratmaq üçün kifayət qədər oyunçu yox idi. Nəticə bir şeydir, oynamaq tərziniz başqadır. Nəticədən razı qaldıq, amma oyun tərzimizdən yox. Çox yaxşı çıxış etmədik, amma yekunda 1/4 finala yüksəldik”.
“Real” iki oyunun nəticəsinə əsasən ÇL-də 1/4 finala yüksəlib.
Bizi Facebook-da izləyin