ÇL: “Kroos mənə hədiyyə verdi”
“Real”ın vingeri Vinisius Junior Çempionlar Liqasının yarımfinalında “Bayern”lə matçda vurduğu qoldan danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yaxşı ötürmədən sonra asanlıqla qol vura bildiyini deyib:
“Toni Kroos mənə hədiyyə verdi. Onun ötürməsi sayəsində asanlıqla qol vura bildim. Bizi “Santyaqo Bernabeu”da sehrli bir axşam gözləyir”.
Braziliyalı futbolçu Kroosun ötürməsindən sonra almanların qapısına qol vurub.
İlk görüş “Alyanz Arena”da baş tutub və 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Cavab oyunu mayın 8-də Madridin “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin