Kroos karyerasını bitirir – Rəsmi

Almaniyalı futbolçu Toni Kroos AÇ-2024-dən sonra karyerasını bitirmək qərarına gəlib.

Komanda.az xəbər verir ki, 34 yaşlı futbolçunun qərarı “Real”ın saytında açıqlanıb.

Açıqlamada Kroosun nailiyyətləri vurğulanıb:

“Real” klub tarixinin bir parçasına çevrilmiş və təkcə klubun deyil, dünya futbolunun ən böyük əfsanələrindən biri olan Toni Kroosa öz təşəkkürünü və sevgisini bildirir. Kroos gözəl oyununa və həmişə “Real”ın dəyərlərini təcəssüm etdirən hər şeyə görə bütün “Real” azarkeşlərinin qəlbində əbədi qalacaq”.

Kroos 2014-cü ildən Madrid klubunda çıxış edir. 2014-cü ildə Almaniya yığması ilə dünya çempionatının qalibi olan futbolçu “kral klubu” ilə 21 titul qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button