Kroos: “Son illərdə İtaliya futbolunun səviyyəsi xeyli yüksəlib”

“Real”in və Almaniya millisinin sabiq yarımmüdafiəçisi Toni Kroos İtaliya futbolunun səviyyəsi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Milan News”-a istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu İtaliya futbolunun səviyyəsinin xeyli yüksəldiyini düşünür:

“Düşünürəm ki, son illərdə İtaliya futbolunun səviyyəsi xeyli yüksəlib. Bu, xüsusilə, Avropa yarışlarında nəzərə çarpır. Bir neçə il əvvəl “İnter” finala yüksəldi, “Atalanta” Almaniya çempionu Leverkuzen “Bayer”i ilə Avropa Liqasının final matçında qalib (3:0) oldu, “Milan” “Santyaqo Bernabeu”da “Real”ı məğlub etdi. Finalda da oynaya biləcək bir neçə klubları var”.

Kroos peşəkar futbolçu karyerasını bu yay başa vurub. O, əvvəllər “Bayer”, “Bayern” və “Real”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button