“Bu mənim “Real” oyunçusu kimi son günümdür”

“Real”ın keçmiş yarımmüdafiəçisi Toni Kroos sosial şəbəkədə “kral klubu”nun futbolçusu kimi son günü ilə bağlı paylaşım edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu iyulun 1-nin “Real” oyunçusu kimi son günü olduğunu bildirib:

“Bu mənim “Real” oyunçusu kimi son günümdür. Qəribə hissdir, amma mən həmişə sizdən biri olacam. Həmişə sizə minnətdaram”.

Kroos 2014-cü ildən “Bayern”dən keçdiyi Madrid klubunda çıxış edirdi. O, ümumilikdə “Real”da 464 oyun keçirib, 28 qol vurub, 98 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button