
“Real” “veteranlar”la yeni müqavilə bağlamağa hazırdır
“Real”ın yarımmüdafiəçiləri Luka Modriç və Toni Kroos gələn mövsüm də klubda qala bilər.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi hər iki futbolçu ilə müqaviləni uzatmağa hazır olduğunu bildirib.
Futbolçuların klubla müqavilələri 30 iyun 2024-cü ildə başa çatır.
36 yaşlı Modriç bu mövsüm “Real”ın heyətində bütün turnirlərdə 43 oyun keçirib, 2 qol vurub və 8 məhsuldar ötürmə verib. 34 yaşlı Kroos oynadığı 46 oyunda 1 qol vurub və 9 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin