Krivotsyukun qolu xal üçün yetərli olmadı
Futbol üzrə Cənubi Koreya çempionatında 11-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Qvanqyu” ilə qarşılaşıb və 1:2 hesabıyla məğlub olub.
Anton da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub. Komandasının yeganə qolunu da 15-ci dəqiqədə Krivotsyuk vurub.
“Daejeon” hazırda 10 xalla 11-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin