Krivotsyukun komandasından qələbə
Futbol üzrə Cənubi Koreya çempionatında 33-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə “Jeju Yunayted”lə qarşılaşıb və 1:0 hesabıyla qalib gəlib.
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 90+1-ci dəqiqədə sarı vərəqə də alıb.
“Daejeon” hazırda 45 xalla 8-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin