Krivotsyukun komandasından inamlı qələbə
Futbol üzrə Cənubi Koreya çempionatında 29-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Qvanqyu” ilə qarşılaşıb və 2:0 hesabıyla qalib gəlib.
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Azərbaycanlı futbolçu 78-ci dəqiqədə sarı vərəqə də alıb.
“Daejeon” hazırda 31 xalla 9-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin