
Krivotsyukun komandasına 1 qol bəs etdi
Futbol üzrə Cənubi Koreya çempionatında 3-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə “Suvon”la qarşılaşıb və 1:0 hesabıyla qalib gəlib.
Anton da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə mübarizə aparıb.
“Daejeon” hazırda 6 xalla 2-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin