Krivotsyukun komandası səfərdə uduzdu
Futbol üzrə Cənubi Koreya çempionatında 22-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv “Seul”la qarşılaşıb və 1:2 hesabıyla uduzub.
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb, 90+5-ci dəqiqədə isə sarı vərəqə alıb.
“Daejeon” hazırda 19 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin