
Krivotsyukun komandası evdə xal itirdi
Futbol üzrə Cənubi Koreya çempionatında 10-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə “Sanqmu” ilə qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib – 0:0.
Anton da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub.
“Daejeon” hazırda 10 xalla 9-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin