Krivotsyukun komandası evdə xal itirdi
Futbol üzrə Cənubi Koreya çempionatında 34-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə “Suvon”la qarşılaşıb. Oyun 1:1 hesabıyla başa çatıb.
Anton bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Daejeon” hazırda 46 xalla 8-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin