
Krivotsyuksuz məğlubiyyət
Futbol üzrə Cənubi Koreya çempionatında 8-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Anton Krivotsyukun komandası – “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv “Daequ”nun qonağı olub. Matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb – 1:0.
İki tur öncə qırmızı vərəqə aldığı üçün cəzalı olan Anton bu görüşün də iştirakçısı olmayıb.
“Daejeon” hazırda 14 xalla 12 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin