Krivotsyuklu “Visla” evdə uduzdu
Futbol üzrə Polşa çempionatında 29-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Lex”lə qarşılaşıb. Krivotsyukun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Müdafiəçi 5-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Visla” 29 turdan sonra 42 xalla 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin