Krivotsyuk qol vurdu, “Visla” səfərdən xalsız döndü
Futbol üzrə Polşa çempionatında 4-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Pyast” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 3:4.
Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Komandasının ilk qolunu da 38-ci dəqiqədə Anton vurub.
“Visla” 4 turdan sonra 3 xalla 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin