Krivotsyuk “qırmızı” aldı, komandası böyük hesabla uduzdu
Futbol üzrə Cənubi Koreya çempionatında 14-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Ulsan”la qarşılaşıb və 1:4 hesabıyla məğlub olub.
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 45+4-cü dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
“Daejeon” hazırda 11 xalla sonuncu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin