“Kriştiano bir ispan və ya ingilis olsaydı…” – Ronaldonun anası
“Yuventus”un futbolçusu Kriştiano Ronaldonun anası Doloreş Aveyru maraqlı açıqlama verib.
Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan Aveyru, futbol mafiyasının olduğunu və buna görə oğlunun “qızıl top”u çox qazana bilmədiyini deyib:
“Futbolda mafiya var. Baş verənlərə nəzər salsaz, hər şeyin onlara görə olduğunu görəcəksiz. Kriştiano bir ispan və ya ingilis olsaydı, onunla belə davranmazdılar. Belə davranışların səbəbi onun portuqaliyalı olmasıdır. “Qızıl top”u alıb-almayacağını bilmirəm, ancaq buna inanıram”.
Ronaldo 5 dəfə “qızıl top” mükafatına layiq görülüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin