Kriştiano Ronaldoda koronavirus aşkarlandı

Futbol üzrə Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldoda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyası məlumat yayıb.

35 yaşlı hücumçunun testi müsbət nəticə verib. Təcrübəli forvard karantinə alınıb. Bu üzdən Ronaldo sabah UEFA Millətlər Liqası çərçivəsində baş tutacaq İsveçlə matçı buraxacaq.

Qeyd edək ki, Ronaldo A Seriyasının növbəti turunda “Krotone” ilə matçı (17 oktyabr) və UEFA Çempionlar Liqasının ilk turunda Ukrayna “Dinamo”su (Kiyev) ilə görüşdə də iştirak etməyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button