Kriştiano Ronaldo Azərbaycanla oyuna çağırıldı SİYAHI

Futbol üzrə Portuqaliya yığmasının DÇ-2022-nin seçmə mərhələsində İrlandiya, Azərbaycan və Qətərlə yoxlama oyunları üçün heyəti açıqlanıb.

Komanda.az xəbər verir ki, yığmanın baş məşqçisi Fernando Santos 25 futbolçuya dəvət göndərib ki, onların arasında İtaliyanın “Yuventus” klubunun üzvü Kriştiano Ronaldo da var:

Qapıçılar: Antonio Lopes (“Lion”, Fransa), Rui Patrisiu (“Vulverhempton”, İngiltərə), Dioqo Koşta (“Portu”);

Müdafiəçilər: Juan Kanselo (“Mançester Siti”, İngiltərə), Rikardo Pereyra (“Lester”, İngiltərə), Qonsalo İnasiu (“Sportinq”), Dominquş Duarte (“Qranada”, İspaniya), Pepe (“Portu”), Ruben Dias (“Mançester Siti”, İngiltərə), Rafael Gerreyro (“Borussiya”, Dortmund, Almaniya), Nunu Mendeş (“Sportinq”);

Yarımmüdafiəçilər: Danilo Pereyra (PSJ, Fransa), Juan Palinya (“Sportinq”), Ruben Neves, Joao Moutinyo (hər ikisi “Vulverhempton”, İngiltərə), Bruno Fernandes (“Mançester Yunayted”, İngiltərə), Joao Mario (“Benfika), Otaviu Menteiro (“Portu), Bernardo Silva (“Mançester Siti”, İngiltərə);

Hücumçular: Andre Silva (“Ayntraxt”, Almaniya), Kriştiano Ronaldo (“Yuventus”, İtaliya), Dioqo Jota (“Liverpul”, İngiltərə), Qonsalo Gedeş (“Valensiya”, İspaniya), Pedru Qonsalveş (“Sportinq), Rafa Silva (“Benfika”).

Sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya görüşü saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button