Kristian Ştrayx: “Qarabağ” gözəl futbol nümayiş etdirdi”
“Frayburq”un baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra bunları söyləyib:
- Bu gün çox güclü rəqibə qarşı oynadıq. Bir neçə gənc oyunçuya şans verdim. “Qarabağ” gözəl futbol nümayiş etdirdi. Qurban müəllim gözəl iş görüb. Komanda həm sürət, həm də taktiki baxımdan əladır. Komandamın bəxti gətirdi ki, biz 1 xalla qayıdırıq.
- Bu “Qarabağ” Konfrans Liqasında necə irəliləyə bilər?
- Mən “Qarabağ”ın Avropa Liqasındakı bütün oyunlarını izləmişəm. Bu oyunla çox irəli gedə bilərlər. Belə komandadan hər şey gözləmək olar. Pley-offa vəsiqə qazanmamaları sadəcə bəxtsizlikdir.
- “Qarabağ”ın hansısa oyunçusu diqqətinizi cəlb etdi? Gələcəkdə komandanızda görmək istədiyiniz biri var?
- Hazırda kifayət qədər oyunçumuz var. Başqa futbolçular cəlb edə bilmərəm. Ovusu, Kadi, Zubir güclü idi. Komandada sağlam ab-hava var.
- Sizcə, Avropa Liqasının pley-offuna “Qarabağ”, yoxsa “Nant” daha çox layiq idi?
- Futbolda bəxt amili də rol oynayır. “Nant”a qarşı da oynamışıq. Kimin xalı çoxdursa, o da növbəti mərhələyə çıxır. Daha əvvəl də dedim ki, bu gün xal qazandığımız üçün bəxtimiz gətirdi. Ancaq fakt odur ki, yekunda “Nant”ın xalı daha çox oldu.
Mehri Qurban
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin