Kristensen qərarını verib

“Barselona”nın danimarkalı müdafiəçisi Andreas Kristensen komandasını tərk etmək fikrində deyil.

Komanda.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.

29 yaşlı futbolçu hazırkı vəziyyətindən tam razıdır və klubunu dəyişmək niyyətində deyil. Onun “Barselona” ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.

Kristenseni Səudiyyə Ərəbistanından olan təklif maraqlandırmayıb və Kataloniya klubunda qalmağa qərar verib. O, son mövsümdə dabanındakı zədə səbəbindən cəmi 6 oyunda iştirak edə bilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button