“Barselona”nın futbolçusu “Yuventus”a keçmək istəməyib

“Barselona”nın müdafiəçisi Andreas Kristensen klubdan ayrılmaq istəmir.

Son vaxtlar yayılan şayiələrə baxmayaraq, danimarkalı müdafiəçi komandada qalmağa üstünlük verir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı oyunçu “Yuventus”un təklifini rədd edib. O, həmçinin, Səudiyyə Ərəbistanı klublarına keçməyə də maraq göstərməyib. Kristensenin ailəsinin “Barselona”da xoşbəxt olduğu bildirilir.

O, 2024/25 mövsümündə Hans-Diter Flikin rəhbərlik etdiyi komandada cəmi 6 oyunda iştirak edə bilib. Onun çıxışının məhdud olması əsasən davamlı zədələrlə bağlıdır.

Kristensenin “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button