
“Kristal Pelas” futbolçusunu “Tottenhem”ə sata bilər – Bir şərtlə
“Kristal Pelas” yarımmüdafiəçisi Ebereçi Ezeni “Tottenhem”ə satmazdan əvvəl onun yerini dolduracaq futbolçu tapmağa çalışır.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, 27 yaşlı oyunçu artıq rəhbərliyə London klubuna keçmək istədiyini bildirib. Ancaq “Kristal Pelas” yalnız əvəzləyici müəyyənləşdikdən sonra danışıqlara başlamağa hazırdır.
Klubun hədəfində iki futbolçu var: “Brügge”nin yunan hücumçusu Xristos Çolis və “Lester”in mərakeşli yarımmüdafiəçisi Bilal Əl-Xannus.
Beləliklə, Ezenin “Tottenhem”ə mümkün keçidi “Kristal Pelas”ın transfer bazarındakı hərəkətliliyindən asılı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



