“Kristal Pelas” “Arsenal”ın futbolçusunu transfer edəcək

“Arsenal”ın hücumçusu Eddi Nketia “Kristal Pelas”a keçməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub ingilis futbolçu üçün 35 milyon avro ödəyəcək. Müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Nketia “Arsenal”ın yetirməsidir. 25 yaşlı forvard 2023/24 mövsümündə 37 matçda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button