
Krespo Braziliya klubunun baş məşqçisi təyin olundu
Argentina millisinin sabiq futbolçusu Ernan Krespo Braziliyanın A Seriyası təmsilçisi “San-Paulu” ilə anlaşıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, argentinalı mütəxəssislə 2026-cı ilin dekabrına qədər olan müqavilə imzalanıb.
49 yaşlı məşqçi bu postda Luis Zubeldianı əvəzləyib.
Krespo ilə birlikdə onun köməkçiləri Xuan Branda və qapıçılar üzrə məşqçi Qustavo Nepote də Braziliya klubunda çalışacaq.
Krespo 2021-ci ildə də “San-Paulu”nu çalışdırıb. O, komandanı meydana çıxardığı 53 matçda 24 qələbəyə sevinib, 10 dəfə məğlub olub. Mütəxəssisin rəhbərliyi altında klub San-Paulu ştatının çempionluğunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



