
Krespo BƏƏ klubunda
Argentina yığmasanın sabiq hücumçusu, “İnter”də və “Çelsi”də çıxışları ilə məşhur futbolçu Ernan Krespo Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” komandasının yeni baş məşqçisi olacaq.
Komanda.az xəbər verir ki, tərəflər ilkin müqaviləni razılaşdıra biliblər.
Yaxın vaxtlarda Kresponun BƏƏ-yə uçacağı və “Əl-Əyn” ilə müvafiq əmək müqaviləsi bağlayacağı bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin