Krauçun Çempionlar Liqasındakı favoritləri

İngiltərə millisinin sabiq hücumçusu Piter Krauç bu mövsüm Çempionlar Liqasında hansı klubları favorit hesab etdiyini açıqlayıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Krauç, “Liverpul”la “Mançester Siti”nin ÇL-in qalibi olmaq şanslarının yüksək olduğunu deyib:

“Hazırda İngiltərə futbolu əla dövrünü yaşayır, Premyer Liqa hökmranlıq edir.

Son üç ildə iki ingilis finalı olub və bu, hər şeyi deyir. Mən İngiltərə klublarının şanslarının yüksək olduğunu düşünürəm. Favoritlərim “Liverpul” və “Mançester Siti”dir. Amma bu komandalardan birini seçmək mənim üçün çətindir.

Son çempion “Çelsi”nin də titulunu qorumaq şansı yüksəkdir. Mənim yalnız “Mançester Yunayted”lə bağlı şübhələrim var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button