
“Kralım, başını dik tut”
Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun bacısı Katia Aveiro Avropa çempionatının 1/8 final mərhələsində Sloveniya ilə oyundan sonra qardaşına dəstək olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçunun bacısı sosial şəbəkədə millinin baş məşqçisi Roberto Martineslə Ronaldonun fotosunu yerləşdirərək, bunu yazıb:
“Kralım, başını dik tut”.
Ronaldo əlavə vaxtda penaltini qola çevirə bilməyib. 39 yaşlı hücumçunun zərbəsini qapıçı Yan Oblak dəf edib. Portuqaliya yığması penaltilər seriyasında 3:0 hesabı ilə qalib gələrək, Sloveniyadan daha dəqiq olub. Roberto Martinesin komandası 1/4 finalda Fransa ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin