Kovaçiç də Səudiyyə Ərəbistanına gedir?
“Mançester Siti”nin yarımmüdafiəçisi Mateo Kovaçiç klubda qalacaq.
Komanda.az “City Xtra”-ya istinadən xəbər verir ki, xorvat futbolçunun karyerasını Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda davam etdirə biləcəyi barədə məlumatlar yayılmışdı.
Kovaçiçin Səudiyyə Ərəbistanına transferi ilə bağlı danışıqlar aparılmayıb. Ola bilsin ki, yanvarda nəsə olacaq, amma indi heç nə baş vermir və bunun haradan qaynaqlandığı ümumiyyətlə, bəlli deyil.
30 yaşlı yarımmüdafiəçi 2023-cü ilin yayından “Mançester Siti”də çıxış edir. Onun “şəhərlilər”lə müqaviləsi 2026/27 mövsümünün sonuna qədər qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin