Koutinyo üçün İngiltərədən 3 “elçi”
Cari mövsümü icarə əsasında “Bavariya”da keçirən “Barselona”nın futbolçusu Filippe Koutinyo yenidən İngiltərədə çıxış edə bilər.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Premyer Liqanın 3 klubu braziliyalı futbolçunun xidmətində maraqlıdır. “Tottenhem”, “Everton” və “Nyukasl” 27 yaşlı futbolçu üçün mübarizə aparır. Koutinyonun yenidən Premyer Liqada çıxış etməyə müsbət yanaşdığı bildirilir.
“Barselona”nın müqaviləsi 2023-cü ilin yayında bitəcək futbolçunu 44,5 milyon pound qarşılığında satacağı qeyd olunur.
Koutinyo 2013-2015-ci illərdə “Liverpul”un şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin