
Koutinyonun Qətərdən “elçi”si var
“Aston Villa”nın yarımmüdafiəçisi Filippe Koutinyo İngiltərə təmsilçisini tərk etməyə hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, birmingemlilər braziliyalı futbolçu üçün Qətərin adı açıqlanmayan klubundan təklif alıblar.
Koutinyo 2022/23 mövsümündə “Aston Villa”nın heyətində 22 oyuna çıxıb, bir qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin