Koutinyo üçün 40 milyon avro ödəyəcəklər?
“Aston Villa” “Barselona”dan icarəyə götürdüyü Filippe Koutinyonu komandada saxlamaq istəyir.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçunun Birmingem klubu ilə icarə müqaviləsi mövsümün sonuna qədərdi. Amma “Aston Villa” 40 milyon avro ödəməklə Koutinyonu birdəfəlik transfer edə bilər.
“Aston Villa”nın baş məşqçisi Stiven Cerrard da 29 yaşlı yarımmüdafiəçinin komandada qalmasını istəyir. Ancaq “Aston Villa” rəhbərliyi may ayına qədər Koutinyonun gələcəyi ilə bağlı qərar verməyəcək.
“Barselona” isə yayda “sambaçı”nı satmaq niyyətindədir.
Koutinyo “Aston Villa” ilə İngiltərə Premyer Liqasında 7 matçda 3 qol vurub, 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin