“Barselona”nın futbolçusu qərarını verdi
Son zamanlar “Barselona”nın heyətində göstərdiyi oyuna görə tənqid olunan Filippe Koutinyo gələcək karyerası ilə bağlı qərarını verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçu Kataloniya təmsilçisindən ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib. Onun yenidən İngiltərə Premyer Liqasında çıxış etmək istədiyi deyilir.
Koutinyo ilə PSJ və “Çelsi”nin yaxından maraqlandığı və “Mançester Yunayted”in 90 milyon avroluq təklif hazırladığı bildirilir. “Barselona”nın futbolçunun transferindən azı 100 milyon avro qazanmaq istədiyi deyilir.
Koutinyo 2018-ci ildə 145 milyon avro müqabilində “Liverpul”dan “Barselona”ya transfer olunmuşdu.
Katalonlarla 2023-cü ilədək müqaviləsi olan 26 yaşlı futbolçu, bu mövsüm iştirak etdiyi 54 oyunda 11 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Facebook-da izləyin