Koutinyo “Barselona” ilə danışmaq istəyir
Braziliyalı futbolçu Filippe Koutinyo məxsus olduğu “Barselona” klubu ilə gələcəyini müzakirə etmək istəyir.
Koutinyonun transfer hüququ “Barselona”ya məxsusdur, lakin hazırda o, “Aston Villa”da icarə əsasında çıxış edir.
Komanda.az “The Daily Mirror”-a istinadən xəbər verir ki, 29 yaşlı braziliyalı vinger İspaniyaya qayıtmasa, İngiltərənin Premyer Liqa klublarından birinə birdəfəlik transfer olunmaq istəyir.
“Aston Villa”nın Koutinyo üçün tələb olunan məbləğdə təzminat ödəyə biləcəyi isə sual altındadır. Çünki “sambaçı”nın katalonlarla hələ bir illik müqaviləsi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin