“Palmer dünyanın ən yaxşısıdır”

“Çelsi”nin qapıçısı Robert Sançes komanda yoldaşı Koul Palmeri dünyanın ən yaxşı futbolçusu adlandırıb.

Komanda.az FİFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, ingiltərəli futbolçunun hər matçda öz səviyyəsini təsdiqlədiyini söyləyib:

“Koul Palmer dünyanın ən yaxşısıdır. O, indi ən yaxşısı olmasa, yaxın iki-üç ildə olacaq. O, ən yaxşı oyunçudur”.

Palmer Klublararası dünya çempionatının finalında, PSJ ilə qarşılaşmada iki qol vurub və məhsuldar ötürmə edib. Qarşılaşma 3:0 hesabı ilə “Çelsi”nin xeyrinə başa çatıb. Turnir ilk dəfə olaraq yeni formatda keçirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button