Koştanın səhvləri
“Vulverhempton”un hücumçusu Dieqo Koşta İngiltərədəki oyununu dəyərləndirib.
Komanda.az “İTA Sport Press”-ə istinadən xəbər verir ki, Koşta, karyerasında yol verdiyi səhvləri də xatırladıb. O, keçmiş baş məşqçisi Antonio Konte ilə münaqişəyə görə “Çelsi”ni tərk etdiyini bildirib.
Koşta, başqa bir səhvinin “Atletiko”dan ayrılmaq olduğunu deyib:
“Mən o anda çətin şəxsi an yaşadım və baş məşqçi Dieqo Simeone məni başa düşmədi”.
34 yaşlı futbolçu “Vulverhempton”da ən çox maaş alan oyunçulardan biridir. Onun klubla müqaviləsi 2023-cü ilin iyun ayına kimi qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin