Get “dincəl”, Kosta

İspaniya Futbol Federasiyasının İntizam Komitəsi “Atletiko”nun hücumçusu Dieqo Kostanı cəzalandırıb.

Komanda.az xəbər verir ki, qurum, İspaniya millisinin üzvünə 8 oyunluq cəza verib. Kosta, “Atletiko”nun La Liqanın 31-ci turunda “Barselona” ilə qarşılaşdığı matçda (0:2) baş hakimi təhqir etmişdi.

“Atletiko” Kostaya verilən cəzanın azaldılması üçün Appelyasiya Komitəsinə müraciət edəcək.

Kosta bu cəzayla La Liqada mövsümün qalan hissəsini buraxmalı olacaq. Çünki La Liqada mövsümün bitiminə 7 tur qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button